19 yanvar 2015, 16:41

Zəminə Orucovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Son illər respublikamızda böyük quruculuq işləri həyata keçirilir.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Nərimanov rayonunda da görülən genişmiqyaslı işlər rayon əhalisinin həyat səviyyəsinin və sosial rifahının yüksəlməsinə xidmət edir.

Paytaxtımızın ümumi mənzərəsinə xələl gətirən və istismar müddəti başa çatmış yaşayış binaları sökülür, əvəzində müasir, yaraşıqlı binalar tikilir. Sakinlər təmirli və daha geniş mənzillərlə təmin olunurlar. Görülən tədbirlər nəticəsində yüzlərlə ailələrin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Yeni mənzillə təmin olunan ailələrdən biri də bizim ailədir.

Möhtərəm Prezident, bizə bu sevinci bəxş etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik.

Dərin hörmətlə,

Orucova Zəminə Əzizağa qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.