31 dekabr 2014, 12:30

Fizuli Abışovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Saatlı rayonunun Əlisoltanlı kənd tam orta məktəbinin 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olması və Sizin 2014-cü il 17 dekabr tarixli Sərəncamınızla mükafatlandırılması kənd camaatı tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılandı. Bu fərəhləndirici nəticə onu göstərir ki, Azərbaycanın kəndlərində də təhsilin səviyyəsi gündən-günə yüksəlir və kənd məktəbləri peşəkar pedaqoji heyətlə təmin olunub.
Əziz Prezidentimiz, Əlisoltanlı kənd tam orta məktəbini mükafatlandırdığınız üçün kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Allah Sizi qorusun!

Hörmətlə,

Abışov Fizuli Allahverdi oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Əlisoltanlı kəndi.