27 dekabr 2014, 14:25

Ümid Həbibovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Gəncə şəhərinə səfəriniz zamanı mənimlə səmimi söhbət etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin qayğınız sayəsində 2014-cü il noyabr ayının 27-də burun-boğaz əməliyyatı olundum.

Cənab Prezident, sağlamlığıma diqqət ayırdığınız üçün Sizə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bir daha minnətdarlığımı bildirir, Sizi və doğmalarınızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar və nailiyyətlər arzulayıram.

Azərbaycan gündən-günə gözəlləşən güclü dövlətdir. Fikirlərimi ulu öndərimiz Heydər Əliyevin məşhur sözləri ilə tamamlamaq istəyirəm. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. 

Hörmətlə,

Həbibov Ümid,

Gəncə şəhər 27 saylı məktəb-liseyin 5-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Gəncə şəhəri.