24 dekabr 2014, 12:40

Şamil Nurəliyevdən, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident!

“2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” 2014-cü il 17 dekabr tarixli Sərəncamınıza görə Saatlı rayonunun təhsil işçiləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Rayonumuzun Əlisoltanlı və Qaracalar kənd orta məktəblərinin qaliblər sırasında yer alması və mükafatlandırılması bizim üçün böyük fəxrdir. Bu mükafat təhsilə, müəllim əməyinə verilən yüksək qiymətdir. Biz bu qələbəmizi bütövlükdə Azərbaycan təhsilin uğuru hesab edirik.

Möhtərəm Prezident, Sizin rəhbərliyiniz altında daha böyük uğurlar qazanacağımıza inanırıq. Bir daha Sizə təşəkkürümü bildirir, ad gününüz münasibətilə təbriklərimi çatdırır, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Nurəliyev Şamil,

Saatlı rayon Təhsil Şöbəsinin müdiri.
Azərbaycan Respublikası, Saatlı rayonu.