Nizami Məmmədovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident!
“2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” 2014-cü il 17 dekabr tarixli Sərəncamınıza görə Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Məktəbimizin ən yaxşı ümumtəhsil məktəblərindən biri elan edilməsi və fəaliyyətinin yüksək qiymətləndirilməsi bizi çox sevindirir və daha əzmlə çalışmağa, ölkəmizin gələcəyi üçün təlim-tərbiyəli və intellektual gənclər hazırlamağa sövq edir. Bu mükafat bizim gələcək fəaliyyətimiz üçün böyük bir stimuldur.
Hörmətli cənab Prezident, bir daha Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Məmmədov Nizami,
Əlisoltanlı kənd tam orta məktəbinin direktoru
Azərbaycan Respublikası, Saatlı rayonu, Əlisoltanlı kəndi.