19 dekabr 2014, 15:15

Vasif Babayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin davamlı və dinamik inkişafı naminə həyata keçirdiyiniz tədbirlərə və yürütdüyünüz siyasətə görə Sizə təşəkkürümü bildirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, iqtisadi siyasətinizin prioriteti sayılan qeyri-neft sektorunun inkişaf etdirilməsi və Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verir, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı ildən-ilə artır. Ölkəmizdə hər təqvim ilinin müxtəlif sahələrin adı ilə bağlı elan olunması həmin sahələrin və bütövlükdə qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir.

Sizin Sərəncamınızla 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan olunması da məhz bu amala xidmət edir. İl ərzində sənayenin sürətli inkişafı və qeyri-neft sektorunun şaxələndirilməsi üçün böyük işlər görülüb.

Möhtərəm Prezident, fəxrlə və tam əminliklə deyə bilərəm ki, ölkəmiz neft asılılığından uğurla xilas olub. Bu, Sizin uzaqgörən siyasətinizin təntənəsidir. Biz Sizinlə qürur duyuruq. Ölkəmizin və xalqımızın bu günü və gələcəyi naminə gördüyünüz işlərə görə bir daha Sizə dərin minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Babayev Vasif Xeyrulla oğlu,
“Yeni BEMZ” ASC-nin əməkdaşı.

Azərbaycan Respublikası, Bakı şəhəri.