Mətanət Əliyevadan, Ağstafa, Azərbaycan
Hörmətli cənab Prezident!
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin tərəfinizdən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrlə yanaşı, mədəniyyət infrastrukturu da inkişaf edir, əhalinin maddi rifah halı yaxşılaşır, ölkəmiz dünya ölkələri arasında söz sahibinə çevrilir. “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətlənməsinə dair əlavə tədbirlər haqqında” 30 iyun 2014-cü il tarixli Sərəncamınıza uyğun olaraq 1950-ci ildə inşa edilmiş Ağstafa Rayon Mədəniyyət evində aparılan əsaslı təmir işləri uğurla davam etdirilir.
Hörmətli cənab Prezident! Göstərilən qayğıya, görülən bütün işlərə görə Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsinin çoxsaylı kollektivi adından Sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar və qələbələr arzulayırıq.
Hörmətlə,
Əliyeva Mətanət Davud qızı.
Azərbaycan Respublikası, Ağstafa rayonu.