Fəqan Məmmədov, Gülzaman Mehtiyeva və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında 2014-cü il 5 noyabr tarixli Sərəncamınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Tarixi-mədəni abidələrin bərpası və milli memarlıq ənələrinin qorunub saxlanılması Sizin Vətənə bəslənən sevginizdən, tariximizə və keçmişimizə olan hörmətinizdən irəli gəlir. “Gəncə Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzeyi, “Xəmsə” abidəsi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi və digər mədəniyyət ocaqları da Sizin diqqətiniz sayəsində ərsəyə gəlmişdir. Bu tarixi-mədəni abidələr şəhərimizdə müasir üslubda tikilən və təmir edilən ictimai-sosial və inzibati obyektlərlə gözəl vəhdət təşkil edərək qədim Gəncəyə füsunkar görkəm verir.
Möhtərəm Prezident!
Biz çox şadıq ki, Azərbaycan adlı ölkənin vətəndaşları və gözəlliyinə heyran qaldığımız Gəncə şəhərinin sakinləriyik. Sizə bir daha təşəkkür edir, ölkəmizin gələcək inkişafı naminə gördüyünüz işlərdə uğurlar diləyirik!
Hörmətlə,
Məmmədov Fəqan Kərim oğlu
Tarix-Mədəniyyət Qoruğunun direktoru,
Mehtiyeva Gülzaman Mehti qızı
Nizami Gəncəvi xatirə ev-muzeyinin direktoru,
İsmayılova Gülnarə Veysəl qızı
Nizami məqbərəsinin direktoru,
Axundov Sahib İbrahim oğlu
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri və başqaları.
Azərbaycan Respublikası, Gəncə şəhəri.