Kamil Fətəliyev, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin qayğınız altında yenidən gözəlləşən qədim Gəncəyə hər gəlişiniz burada böyük sevincə səbəb olur. Növbəti səfəriniz zamanı öz memarlığı ilə seçilən Cavadxan küçəsində Mehriban xanım Əliyeva ilə birgə şəhər sakinləri və uşaqlarla sərbəst şəkildə səmimi görüşünüz, şəkillər çəkdirməyiniz Gəncəyə və gəncəlilərə olan hörmət və qayğını bir daha göstərdi. Məhz bu diqqət və qayğının təzahürüdür ki, şəhərimiz son üç ildə möcüzələr diyarına çevrilib. İndi burada yaşamaq, işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb və bu, biz gəncəliləri çox sevindirir.
Möhtərəm cənab Prezident!
Şəhərimizin sosial-iqtisadi inkişafının daha sürətləndirilməsi və tərəqqisi naminə yenidən ayırdığınız 10 milyon manat vəsait Gəncə sakinləri və kollektivimiz tərəfindən çox böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandı. Qoy Ulu Tanrı Sizi, ailənizi və Ulu Öndərin çox böyük çətinliklərlə qurub-yaratdığı, bizə bəxş etdiyi qüdrətli müstəqil Azərbaycanımızı, xalqımızı qorusun!
Dərin hörmətlə,
Az.ET “Aqromexanika” İnstitutunun kollektivi adından,
Fətəliyev Kamil
direktor.
Azərbaycan Respublikası, Gəncə şəhəri.