22 oktyabr 2014, 18:25

Fuad Əliyev, Siddiqə Məmmədova və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Gəncə şəhərinə hər səfəriniz regionumuzun sürətli sosial-iqtisadi inkişafı, yeni təhsil və mədəniyyət ocaqlarının, istehsal sahələrinin açılışı və təməlqoyma mərasimləri ilə səciyyələnir. Sizin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birgə şəhərimizə növbəti səfəriniz Gəncənin bütün sakinləri tərəfindən böyük ruh yüksəkliyi və sevinclə qarşılandı. 

Cənab Prezident!

Biz ziyalılar Sizin uzaqgörən, müdrik daxili və xarici siyasətinizi çox gözəl başa düşür, sərəncam və qərarlarınızı bacarığımız daxilində həyata keçirməyə çalışırıq. Sizin beynəlxalq aləmdəki uğurlarınız, xüsusilə Şərqi Avropanın ən cavan müstəqil dövlət başçısı kimi uzaqgörən və müdrik siyasətiniz, böyük beynəlxalq layihələri həyata keçirməyiniz bizlərdə fəxarət hissi yaradır. Biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat infrastrukturunun inkişafını nəzərdə tuturduqsa, Sizin Gəncə şəhərində təməlini qoyduğunuz vaqon istehsalı zavodu ölkəmizin nəinki iqtisadi, həmçinin siyasi əlaqələrinin inkişafına da töhfə verəcək. 

Sizin Sərəncamınızla Gəncə Dövlət Filarmoniyasının inşa edilməsi, Gəncə Dövlət Dram Teatrının təməlinin qoyulması şəhərimizdə mədəniyyət və incəsənət sahəsində çalışan insanların böyük sevincinə səbəb oldu.

Möhtərəm cənab Prezident!

Yaxın və Orta Şərqin ən müqəddəs ibadətgahlarından və ən qədim İmamzadə abidələrindən olan, 738-ci ildə dəfn edilmiş Məhəmməd Peyğəmbərin nəticəsi İbrahimin məzarı üzərində ucaldılmış türbənin islam dünyasının memarlıq üslubuna uyğun yenidən yüksək səviyyədə təmiri nəinki din xadimlərinin, ölkəmizin bütün sakinlərinin dərin rəğbətinə səbəb olmuşdur.

Biz ziyalılar üçün ən yadda qalan xatirə Cavad xan küçəsində adi vətəndaşlarla səmimi, ürəkdolusu görüşləriniz oldu. Sadə insanların dediyi həqiqətlər daha düzgün, qətiyyətli və qiymətlidir. Sizin Mehriban xanımla birgə şəhərin sadə sakinləri ilə səmimi söhbətləriniz insanlar tərəfindən böyük səmimiyyət və sevinclə qarşılandı. Şəhərimizin tarixinə yazılan bu anlar uşaqdan böyüyə hər bir sakinin daim xatirəsində qalacaq.

Cənab Prezident!

Biz bir daha qədim tarixə malik şəhərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və avtomobil yollarının tikintisi məqsədilə bağlı verdiyiniz sərəncamlara görə minnətdarlıq edir, hər bir tapşırığınızın, qərar və sərəncamlarınızın Gəncə şəhərində yüksək səviyyədə həyata keçiriləcəyinə əminliyimizi bildiririk. 

Dərin hörmətlə,

Bir qrup Gəncə ziyalıları adından:

Fuad Əliyev
AMEA-nın həqiqi üzvü,
Siddiqə Məmmədova
AMEA-nın həqiqi üzvü,
Naqif Həmzəyev
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri,
İbrahim Cəfərov
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor,
Xalid Qurbanov
Gəncə Ağsaqqallar Şurasının sədri, professor,
Yusif Yusifov
Gəncə Dövlət Universitetinin rektoru, professor,
Akif Süleymanov
Azərbaycan Texnologiya Universitetinin rektoru, professor,
Sevda Qurbanəliyeva
professor,
Kamil Fətəliyev
professor,
Allahverdi Seyidov
professor,
Zaur Həsənov
professor,
Həsənbala Sadıqov
professor,
Elman Mövsümov
professor,
Nizami Yusifov
professor,
Tofiq Qocayev
professor,
Bayram Bağırov
professor,
Nurəddin Məmmədov
professor,
Hasil Fətəliyev
professor,
Əhəd Nəbiyev
professor,
Mirzə Əliyev
professor,
Vaqif Novruzov
professor,
Mahirə Şərifova
Fəlsəfə doktoru,
Gülsüm Quliyeva
Fəlsəfə doktoru,
Pərvin Kərimzadə
Fəlsəfə doktoru,
Mehman Rzayev
Gəncə Səhiyyə İdarəsinin rəisi,
Zakir Hüseynov
Gəncə Təhsil İdarəsinin rəisi,
Sənan Hacıyev
Gəncə Mədəniyyət və Turizm İdarəsinin rəisi,
Əli Qasımov
Gəncə Dövlət Dram Teatrının direktoru,
Şahnaz Haşımova
Gəncə Dövlət Filarmoniyasının direktoru,
Rəfiqə Sadıqova
“Gəncənin səsi” qəzetinin redaktoru,
Xəzangül Hüseynova
Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri,
Gülçin Mirzəyeva
Gəncə Musiqi Kollecinin direktoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.