Naqif Həmzəyevdən, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
Siz ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun sədaqətli davamçısı, qüdrətli Azərbaycanın qarantı olaraq, ölkəmizin, həmçinin şeyx Nizami yurdu Gəncənin tərəqqisi, müasirləşməsi, gəncəlilərin yüksək rifahı naminə xüsusi diqqət və qayğı göstərir, yorulmadan, fədakarlıqla çalışırsınız. Sizin 2014-cü il oktyabrın 18-də Gəncə şəhərinə tarixi və unudulmaz səfəriniz, müstəqillik gününü bizimlə birgə qeyd etməyiniz, bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakınız, sakinlərlə, hətta uşaqlarla səmimi söhbətləriniz gənclərin qəlbində sevinc və qürur hissi doğurub. Gəncədə görülən işlərlə bağlı verdiyiniz tövsiyə və tapşırıqlar şəhər fəalları tərəfindən fəaliyyət proqramı kimi qəbul edilib. Əmin ola bilərsiniz ki, bütün göstəriş və tapşırıqlarınız uğurla yerinə yetiriləcək. Gəncəlilər ümummilli lider Heydər Əliyevin siyasi kursuna daim sədaqətli olduqlarını əməli işlərində bir daha təsdiqləyəcəklər.
Şəhərimizin tərəqqisinə və gəncəlilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə YAP Gəncə şəhər təşkilatının fəalları, bütün gəncəlilər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Göstərdiyiniz etimadı layiqincə doğruldacaq, yeni nailiyyətlərimizlə, zəfərlərimizlə doğma Vətənimizin adını daha da şərəfləndirəcək, qədim Gəncəni şöhrət zirvəsinə ucaldacağıq.
Hörmətlə,
Həmzəyev Naqif Ələşrəf oğlu,
YAP Gəncə şəhər təşkilatının sədri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.