14 oktyabr 2014, 16:30

Əmiraslan Bəşirovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin 2014-cü il 30 sentyabr tarixli Sərəncamınızı dərin minnətdarlıq hissi ilə qarşıladım. Layiq görüldüyüm “Əməkdar müəllim” Fəxri adı mənim üçün çox dəyərlidir. Sizi əmin edirəm ki, gənc nəslin yüksək səviyyədə təlim-tərbiyəsi üçün bundan sonra da var gücümlə çalışacağam.

Möhtərəm Prezident!

Müasir Azərbaycan Respublikası XXI əsrdə sürətlə inkişaf edən azsaylı ölkələrdən biridir. Bu inkişaf ulu öndər Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən Sizin adınızla bağlıdır. Siz Ümummilli Liderimizin ənənələrini ləyaqətlə yaşadır, Azərbaycan təhsilinə, ziyalılara diqqət və qayğı göstərirsiniz.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu islahatlar həyata keçirilir. Son 10 ildə ölkəmizdə 2900 məktəbin tikilməsi və əsaslı təmir edilməsi buna bir nümunədir.

Hörmətli cənab Prezident!

Biz Sizin sayənizdə sülh, tərəqqi, əmin-amanlıq şəraitində yaşayırıq. Azərbaycanın inkişafı naminə gördüyünüz işlərdə, çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir və cansağlığı arzulayıram.

Hörmətlə,

Bəşirov Əmiraslan Xəlil oğlu,
S.Vurğun adına 5 nömrəli orta məktəbin tarix müəllimi.

Azərbaycan Respublikası, Yevlax şəhəri.