13 oktyabr 2014, 18:10

Sevinc İbrahimovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızda hər bir sahədə gənclərə göstərilən qayğıkeş münasibət göz qabağındadır. Musiqi sahəsində də gənc istedadlar xüsusi diqqətdə saxlanılır, onların öz potensiallarını üzə çıxarması və həvəsləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilir. 

Sizin 2014-cü 8 oktyabr tarixli Sərəncamınızla mənim qızım, Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi Aytən İbrahimova xüsusi aylıq təqaüdə layiq görülmüşdür. 

Möhtərəm Prezident! 

Çox sağ olun ki, Siz bu gənclərin istedadını belə yüksək qiymətləndirirsiniz. Gənclər isə öz növbəsində çalışmalıdırlar ki, Sizin etimadınızı doğrultsunlar və Vətənimizin adını daima uca etsinlər. Bir valideyn olaraq Sizə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm. 

Hörmətlə,

İbrahimova Sevinc

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.