09 oktyabr 2014, 11:30

Anar Qasımovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz hər zaman təhsilə və təhsil işçilərinə xüsusi diqqət və qayğı ilə yanaşırsınız. Bunun nəticəsidir ki, bizim Ağcabədi rayonunda son illər ərzində 40-dan çox orta məktəb və bağça tikilmiş və ya əsaslı təmir edilmişdir. Təhsil işçilərinin əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi, onların medal və müxtəlif fəxri adlarla təltif olunması da bizi hədsiz qürurlandırır. 5 oktyabr – Beynəlxalq müəllimlər günü ərəfəsində imzaladığınız Sərəncamla Azərbaycan Respublikasının təhsil işçilərinin bir qrupunu “Tərəqqi” medalı ilə təltif etməyiniz Sizin bu sahəyə göstərdiyiniz diqqət və qayğının əyani təsdiqidir. Təltif edilənlər arasında mənim də adımın olmasından böyük fərəh hissi keçirdim.

Möhtərəm Prezident!

Bu diqqət və qayğıya görə Sizə məktəbimizin kollektivi və rayonumuzun bütün təhsil işçiləri adından dərin minnətdarlığımızı bildirir, “Çox sağ olun” deyirik!

Dərin hörmətlə,

Qasımov Anar,
Camal İbrahimov adına 8 saylı tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Ağcabədi rayonu.