Qəhrəman Qasımovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
2014-cü il 30 sentyabr tarixli Sərəncamınızla “Tərəqqi” medalına layiq görüldüyüm üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu, mənim həyatımda ən sevimli, unudulmaz andır. Sizin bu böyük etimadınızın məsuliyyətini dərk edərək bildirirəm ki, mən bir pedaqoq kimi hər zaman azərbaycançılıq məfkurəsini, ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin təbliğini özümə vətəndaşlıq borcu saymışam və bundan sonra da bu yolda səylərimi əsirgəməyəcəyəm.
Möhtərəm Prezident!
Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Qurban bayramı münasibətilə öz adımdan, ailəm və məktəbimizin pedaqoji kollektivi adından təbrik edirəm.
Hörmətlə,
Qasımov Qəhrəman Məhəmmədəli oğlu,
Şəhid N.Həmzəyev adına 238 nömrəli məktəbin müəllimi,
Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Bakı şəhəri.