27 sentyabr 2014, 16:30

Əbdülhüseyn Mirzəyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident! 

Sizin Sərəncamınızla təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində bizim Nardaran qəsəbəsində bir sıra işlər görülüb. Məktəb, körpələr evi və uşaq bağçaları əsaslı təmir olunub, qəsəbədaxili yollar yenidən qurulub, mini-futbol meydançaları tikilib, əhalinin təbii qaz, istilik və su təchizatı yaxşılaşdırılıb. 

2014-2016-cı illəri əhatə edən növbəti “Dövlət proqramı”nda çox mühüm işlərin görülməsi nəzərdə tutulur.
Möhtərəm Prezident! Allah Sizdən razı olsun. Biz daim Sizin üçün dua edir, Ulu Tanrıdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayırıq. 

Hörmətlə,

Mirzəyev Əbdülhüseyn Əbdülhəsən oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi.