04 sentyabr 2014, 12:40

Elnur Əbülfəzov və başqalarından, Şirvan, Azərbaycan

Əziz və hörmətli Prezident!

Biz Şirvan şəhərinin Bayramlı qəsəbəsi M.Ə.Sabir küçəsi 6 saylı qəzalı vəziyyətə düşmüş binanın sakinləri keçən əsrin 30-cu illərində inşa edilmiş, heç bir şəraiti olmayan, heç bir vaxt təmir üzü görməyən, həyatımız üçün təhlükəli olan binada yaşayırdıq. 2012-ci ildə Sizə müraciət etdik. Sizin müvafiq göstərişinizlə göndərilən komissiyası komissiyası binanın yararsız və qəzalı olması barədə qərar qəbul etdi. Allah Sizi bizə çox görməsin, balalarınız həmişə xoşbəxt və firavan yaşasın. 2014-cü ilin fevral ayında binanın sökülərək yenidən tikilməsi üçün bizi kirayə pulu ödənilməklə müvəqqəti yaşamaq üçün digər evlərə göndərdilər. Qısa müddət ərzində hər bir şəraitə malik 12 mənzilli bina tikilərək biz sakinlərin istifadəsinə verildi. Binada bizim üçün hər cür şərait yaradılıb. Hər bir mənzil ayrılıqda istilik sisteminə malikdir, binanın ətrafı abadlaşdırılıb. Əziz Prezidentimiz, biz sakinlər üçün rahat şərait yaradılıb.

Hörmətli cənab Prezident! Bizə göstərilən bu diqqətə, qayğıya, yaradılmış rahat şəraitə görə Sizə minnətdarıq. Biz bilirik ki, Siz hər bir azərbaycanlıya qarşı belə diqqətlisiniz. Biz seçkilərdə Sizə arxa durmaqda, Sizə səs verməkdə yanılmamışıq. Bizi Sizə inanır, güvənir, dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayırıq. Qoy ulu Tanrı Sizi və balalarınızı daim qorusun!

Hörmətlə,

Əbülfəzov Elnur Əbil oğlu
Cabbarova Qəmər Mürşüd qızı
Təhməzov Şahbaz Nəsir oğlu
Təhməzov Amid Şahbaz oğlu
Rüstəmov İntiqam Eldar oğlu və başqaları (cəmi : 14 imza).

Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.