Cəmil Fərzəliyevdən, Qəbələ, Azərbaycan
Hörmətli cənab Prezident!
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında 2014-cü il 26 may tarixli Sərəncamınız çoxlu sayda insana azadlıq, onların gözü yolda qalan ailə üzvlərinə isə böyük sevinc bəxş etdi. Bağışlamaq özü həyatda ən ali insani keyfiyyətlərdən biridir.
Belə humanist addımlar məndə Vətənimə, dövlətimə və onun rəhbərinə olan sevgimi artırır, eyni zamanda, etdiyim səhvləri gələcəkdə təkrarlamamaq üçün daha məsuliyyətli olmağa sövq edir.
Möhtərəm cənab Prezident! Bu humanist addımınıza görə Sizə şəxsən öz adımdan və bütün ailəm adından dərin minnətdarlığımı bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı arzu edirəm. Çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Fərzəliyev Cəmil Tacəddin oğlu.
Azərbaycan Respublikası, Qəbələ rayonu.