23 avqust 2014, 14:05
Rasim İbrahimovdan, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Dövlətimiz tərəfindən Çernobıl əlillərinə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin Çernobıl əlillərinə olan diqqət və qayğınızı hər zaman hiss edirəm. 2014-cü il 7 avqust tarixli əmrlə mənə təmənnasız olaraq “NAZ Lifan” markalı minik avtomobili təqdim edildi. Rayonumuzda Çernobıl əlillərinin problemlərinin həllinə rəhbərlik tərəfindən yaxından köməklik göstərilir, biz əlillərə qayğı diqqət mərkəzində saxlanılır.
Hörmətli cənab Prezident! Bizə göstərilən bu qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, cansağlığı, uzun ömür və şərəfi fəaliyyətinizdə uğurlar arzu edirəm.
Hörmətlə,
İbrahimov Rasim Məmməd oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu.