22 avqust 2014, 14:00

Ağababa Azadov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident! 

Son illər Sizin uğurlu fəaliyyətiniz insanlara, onların rifah halının yaxşılaşdırılmasına, xalqın illərlə arzuladığı həyat şəraitinin reallığa çevrilməsinə xidmət edir. Sizin rəhbərliyinizlə respublikanın hər yerində aparılan tikinti-abadlıq, quruculuq işləri, ən ucqar kəndlərdə yeni infrastrukturun yaradılması, həyata keçirdiyiniz daxili və xarici siyasət bunun bariz nümunəsidir. 

Möhtərəm Prezident! 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sizin 2014-cü il 19 avqust tarixli Sərəncamınız biz kənd sakinlərinin böyük sevincinə səbəb oldu. Artıq bir hissəsi müasir standartlara uyğun şəkildə tikilmiş bu yolun tam istifadəyə verilməsi insanların rahatlığı ilə yanaşı, rayonumuzun iqtisadiyyatına da böyük təkan verəcəkdir.

Hörmətli cənab Prezident! Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz fəxr edirik ki, Sizin kimi qayğıkeş Prezidentimiz vardır. Allah Sizi qorusun! 

Lerik rayonunun Biləvər, Şivlə və Geskon kəndlərinin sakinləri adından dərin hörmətlə,

Azadov Ağababa
Əliyev Mirzəli
Məmmədov Tofiq
Zamanov Zamanxan
Əliyev Surət və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu.