21 avqust 2014, 15:35

Adil Diniyev və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyanın Sizin rəhbərliyinizlə uğurla həyata keçirilməsi Azərbaycanın sürətli inkişafı ilə yanaşı, dünyada söz sahibinə çevrilməsində də mühüm rol oynayıb. Həyata keçirilən bu siyasi kurs, respublikanın bütün regionlarında aparılan tikinti-quruculuq işləri əhali tərəfindən rəğbətlə qarşılanır, dəstəklənir. Bu inkişafı biz kənd camaatı yaşadığımız rayonun, kəndin simasında görürük. 

Möhtərəm Prezident! Lerik rayonu dağlıq relyefə malikdir. Burada kəndlərlə rayon mərkəzini birləşdirən avtomobil yolları heç sovet vaxtında da asfalt örtük görməmişdi. Ancaq 2-3 ildir ki, rayonun iki istiqamətində əsas yolların yenidən tikilməsi və asfaltlaşdırılması həyata keçirilir. 

Hörmətli cənab Prezident! Sizin Sərəncamınızdan sonra 27 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolu yüksək səviyyədə tikilərək istismara verildi. Son bir il ərzində 2013-cü il sentyabrın 14-də və 2014-cü il avqustun 19-da 50-dən çox kəndin 30 mindən nəfərdən artıq əhalisinin mütəmadi şəkildə istifadə etdiyi 36 kilometrlik Noda-Şingədulan-Xanagah yolunun tikintisi ilə əlaqədar imzaladığımız sərəncamlar Sizin Azərbaycanın hər bir vətəndaşına göstərdiyiniz qayğının bariz nümunəsidir. Görülən işləri seyr etdikcə qürur duyur və fəxr edirik ki, Azərbaycanın Sizin kimi Prezidenti vardır.

Uca Tanrı dövlətçiliyimiz naminə yorulmaz fəaliyyətinizdə həmişə köməyiniz olsun!

Lerik rayon Xanagah kənd sakinləri adından dərin hörmətlə,

Diniyev Adil
Nəhmətov Nadir
Feyziyev Zakir
Qurbanov Təzəxan
Feyziyev Aydın və başqaları (cəmi: 40 imza).

Azərbaycan Respublikası, Lerik rayonu, Xanagah kəndi.