14 avqust 2014, 12:05

“Azərbaycan Rusiya məktəblilərinin və tələbələrinin gözü ilə” layihəsinin iştirakçılarından, Rusiya

Hörmətli İlham Heydər oğlu!

Moskva vilayəti Azərbaycanlılarının Regional milli-mədəni muxtariyyəti “İnkişaf” Mədəniyyətin və İdmanın İnkişafı Fondu ilə birlikdə artıq on ildir Rusiyanın regionlarında müasir gənclərin mədəni-əxlaqi tərbiyəsinə, iki dövlətin nümayəndələri arasında dostluq əlaqələrinin formalaşmasına yönəlmiş “Azərbaycan Rusiya məktəblilərinin və tələbələrinin gözü ilə” mövzusunda intellektual-maarifləndirici müsabiqə həyata keçirir. Qaliblər üçün Azərbaycana mədəni-maarifləndirici səfərin təşkil edilməsi layihənin əsas mükafatıdır.

2013-2014-cü tədris ilində layihə Kalmıkiya, Udmurtiya, Novosibirsk, Tümen, Nijni Novqorod, Samara şəhərlərində, Rostov vilayətində, Moskva vilayətinin və Moskva şəhərinin təhsil müəssisələrində həyata keçirilib.

Bu məktubun müəllifləri şəxsində Rusiyadan olan nümayəndə heyəti 2014-cü il iyulun 29-da Azərbaycana gəlib. Ölkəyə səyahət zamanı biz bir neçə maraqlı şəhərdə - İsmayıllı, Şamaxı, Mingəçevir, Gəncə, Şəki, Qəbələdə olduq. Hər bir şəhərdə bizi bir tərəfdən yerli sakinlərin qonaqpərvərliyi və mehribanlığı, digər tərəfdən memarlıq və heykəltəraşlıq nümunələrinin gözəlliyi və möhtəşəmliyi valeh etdi. Xüsusən, Bakıda Dənizkənarı bulvar, Olimpiya bazası, Heydər Əliyev Mərkəzi, Şəhidlər xiyabanı, Gəncədə Nizami məqbərəsi və Heydər Əliyev Parkı, Yevlaxda Şəhidlər xiyabanı, Şamaxıda məscid bizdə xoş təəssüratlar oyatdı. 

Heç şübhəsiz, Azərbaycan hökuməti həm yerli əhali, həm də ölkəyə gələn qonaqlar üçün cəlbedici olması, milli eyniyyətini qoruyub saxlamaqla Avropa ölkəsinə çevrilməsi üçün mümkün olan hər şeyi edirlər.

Moskva vilayətinin diaspor təşkilatları sayəsində biz müasir, dinamik inkişaf edən ölkə kəşf etdik, onun mədəniyyəti və milli xüsusiyyətləri ilə tanış olduq.

Biz Sizin tarixi irsin qorunub saxlanılması məsələsinə necə həssas yanaşdığınızı vurğulamaq istəyirik. Bakıda və Şəkidə müsəlman və xristian mədəniyyətinə aid olan abidələr bunu təsdiq edir.

Azərbaycan hökuməti ölkə regionlarının kompleks inkişafına, memarlıq abidələrinin, yaşayış binalarının yenidən qurulmasına, habelə abad olmayan rayonlarda yeni infrastrukturun yaradılmasına, onların yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə dair ardıcıl proqramlar həyata keçirir.

Hesab edirik ki, mədəniyyət, infrastruktur, habelə maliyyə və iqtisadi layihələr sahəsində nəzərdə tutulan planların həyata keçirilməsi nöqteyi-nəzərindən Azərbaycan böyük gələcəyi vardır. Zənnimizcə, Rusiya və Azərbaycanın milli, mədəni və humanitar sahələrdə strateji tərəfdaşlıq qurmaq perspektivləri var. Hesab edirik ki, “Azərbaycan Rusiya məktəblilərinin və tələbələrinin gözü ilə” kimi müsabiqələr bu cür tərəfdaşlıq qurmağın ən doğru yoludur və belə layihələr Azərbaycan tərəfindən ən yüksək səviyyədə dəstəklənəcəkdir.

Dərin hörmətlə,

Azərbaycan Rusiya məktəblilərinin və tələbələrinin gözü ilə” layihəsinin iştirakçıları:

Mariya Smirnova (Moskva vilayəti)
Pavel Sudarikov (Moskva vilayəti)
İrina Kadoçnikova (İjevsk ş.)
Kseniya Kaşina (İjevsk ş.)
Yelena Şiyanova (Ximki ş.)
Darya Xaritonova (Penza ş.)
Dorayd Maçanov (Rostov-Don ş.)
Uluqbəy Maşaripov (Moskva vilayəti)
Türkanbəyim Əhmədova (Novosibirsk ş.)
Dinar Ağayev (Samara ş.).

Rusiya Federasiyası.