Nazənin Məcidova və başqalarından, Bakı, Azərbaycan
Cənab Ali Baş Komandan!
Qadın olmağıma baxmayaraq həyat yoldaşımla birlikdə istənilən an könüllü olaraq Vətənimiz uğrunda döyüşməyə və şəhid olmağa hazıram. Vətən bizim namusumuz, qeyrətimizdir.
Azərbaycanın sosial-iqtisadi inkişafı və ordumuzun hərbi texniki təchizatının yaxşılaşdırılması fonunda Ermənistan çox zəif təsir bağışlayır. Demoqrafik üstünlük də bizim tərəfimizdədir. Azərbaycan vətəndaşların sayı ildən-ilə artdığı bir vaxtda, ermənilərin özlərinin açıqladığı statistikaya görə sosial problemlər və işsizlik üzündən bu ölkəni hər il minlərlə insan birdəfəlik tərk edir. Sadəcə olaraq statistikaya nəzərə salsaq görərik ki, hazırda Azərbaycan əhalisi Ermənistan əhalisindən təqribən 3 dəfə çoxdur. Qoy düşmənlərimiz müharibə başlayarsa onları hansı aqibətin gözlədiyindən narahat olsunlar.
Möhtərəm Prezident! Azərbaycanlılar son illər Sizin rəhbərliyiniz altında uğurlar və parlaq qələbələr qazanmağa alışıblar. İnanırıq ki, ən böyük Qələbəmiz də uzaqda deyil. Biz Sizə inanır və güvənirik. Allah köməyiniz olsun!
Hörmətlə,
Məcidova Nazənin Ədalət qızı
Məcidov Rauf Fazil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.