13 avqust 2014, 13:30

Nemət Abbasov və Leyla Rəsulovadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikaya rəhbərlik etdiyiniz dövrdə ölkəmiz bütün sahələrdə uğurlar qazanmış, Azərbaycan iqtisadi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilmişdir. Bölgələrdə əhalini narahat edən problemlərin həlli istiqamətində böyük işlər görülmüş və hazırda davam etdirilir. Düşmənlə təmas xəttinə qədər uzanan Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı 2014-cü il 10 iyun tarixli Sərəncamınıza əsasən 38 kilometrlik yolda hazırda qızğın iş gedir. Bu yol əhaliyə xidmət etməklə yanaşı, hesab edirik ki, bölgədə turizmin inkişafına ciddi təkan verəcəkdir. 

Möhtərəm Prezident! Hər regionun və hər kəsin probleminə həssaslıqla yanaşmağınız və onu həll etməyiniz Sizin həqiqətən də hər bir azərbaycanlının Prezidenti olduğunuzu nümayiş etdirir. Buna görə də biz kənd sakinləri Sizin gördüyünüz işləri yüksək qiymətləndirir, Sizə dərin hörmət və ehtiramımızı bildiririk! 

Hörmətlə,

Abbasov Nemət Əli oğlu,
Rəsulova Leyla Əşrəf qızı.

Azərbaycan Respublikası, Goranboy rayonu, Zeyvə kəndi.