07 iyul 2014, 21:00

Saqif Babayevdən, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin diqqət və qayğınız sayəsində Ağstafa qərb bölgəsində qabaqcıl rayona çevrilmişdir. Ağstafa şəhərində Səməd Vurğun adına parkda Sizin göstərişinizlə ucaldılan möhtəşəm “Kitab abidəsi” kompleksi və “Yazıçılar evi” Sizin qərb bölgəsinin yazıçı və şairlərinə olan hörmət və məhəbbətinizin bariz ifadəsidir. 2014-cü il 30 iyun tarixli Sərəncamınızla Siz bölgələrdə yaşayan mədəniyyət işçiləri və musiqisevərlərinə olan qayğınızı bir daha ifadə etdiniz. Köhnə binada yerləşən Ağstafa Mədəniyyət Evinin əsaslı təmiri və Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi barədə tapşırığınız bir daha göstərdi ki, Siz Ulu Öndərin ideyalarını ləyaqətlə yaşadır və həyata keçirirsiniz. Azərbaycanın xalq şairi Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamınız biz şairlərin böyük sevincinə səbəb olmuşdur. Həmin musiqi məktəbi H.Arifin adını daşıyır. Bu, Hüseyn Arifin ruhuna böyük hörmətdir.

Möhtərəm cənab Prezident! Bütün bunlara görə Ağstafa ziyalıları adından Sizə dərin təşəkkürümüzü, hörmət və ehtiramınızı bildiririk. Sizə cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Allah Sizə yar olsun!

Dərin hörmətlə,

Saqif Qaratorpaq, H.Arif Ədəbi məclisinin sədri, şair
Mehdixanlı Nəriman, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
İsgəndərov Muradxan, H.Arif Ədəbi məclisinin üzvü.

Azərbaycan Respublikası, Ağstafa rayonu.