04 iyul 2014, 17:00

Ənvər Balayev və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident! 

Sizin doğma Azərbaycanımızın inkişafı, onun güclü bir dövlətə çevrilməsindəki xidmətləriniz danılmazdır. Bu gün Azərbaycanın bütün regionları kimi İsmayıllı rayonu və qədim tarixə malik Lahıc qəsəbəsi də məhz Sizin qayğınızla gündən-günə inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində görülən işlər nəticəsində Lahıc qəsəbəsi əsl tikinti meydançasına çevrilmişdir.

Qısa müddətdə qəsəbəmizdə iki böyük məhəlləni birləşdirən körpü tikilib istifadəyə verilmişdir. Biz Lahıc camaatı bu gün böyük sevinclə onun açılışını qeyd etdik. 

Hörmətli cənab Prezident! Bütün bunlar Sizin göstərişləriniz və rəhbərliyinizlə həyata keçirilir. Ona görə də qəsəbəmizin sakinləri Sizə minnətdardırlar və daim Sizin apardığınız düzgün, doğru siyasətinizi dəstəkləyirlər. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, xoşbəxtlik və doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Allah Sizə yar olsun!

Lahıc ziyalıları adından dərin hörmətlə, 

Balayev Ənvər
Haqverdili Hikmət
Əliyev Nəzər
Kamilzadə Hüseynağa
İsgəndərov Sədrəddin və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.