Bayram Niftəliyevdən, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident!
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığınız dövlət proqramları çərçivəsində respublikamızda uğurlu layihələr həyata keçirilir. Bu layihələr içərisində avtomobil yollarının tikintisi xüsusi yer tutur. Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol surətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Füzuli rayonunda da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərə yeni asfalt yollar çəkilir.
Hörmətli cənab Prezident! Sizin 2014-cü il 1 iyul tarixli Sərəncamınızla iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatılı-Mirzənağılı avtomobil yolunun tikintisi məqsədilə 5,4 milyon manat vəsait ayırmağınız Füzuli rayonuna göstərdiyiniz qayğının bariz nümunəsidir. Əhalinin rahat gediş-gəlişini təmin edəcək bu yol, eyni zamanda, strateji əhəmiyyətlidir. Çünki biz füzulililər inanırıq ki, yaxın zamanda bu yol bizi işğal olunmuş torpaqlarımıza aparacaqdır. Sizi əmin edirik ki, fizulililər bundan sonra da qarşımıza qoyduğunuz vəzifələri şərəflə yerinə yetirəcəklər. Sizə möhkəm cansağlığı, ailə səadəti, məsul və şərəfli vəzifənizdə uğurlar diləyirik.
Dərin hörmətlə,
Niftəliyev Bayram.
Azərbaycan Respublikası, Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi.