02 iyul 2014, 17:45

Tural Nəbiyevdən, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident! 

Füzuli rayonunun sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Biz bilirik ki, Siz hər zaman biz füzulilərə xüsusi diqqət və qayğı ilə yanaşırsınız. Füzuli rayonunda yol tikintisinin davam etdirilməsi ilə bağlı imzaladığınız Sərəncam əhali tərəfindən böyük sevinclə qarşılandı. Düşmənlə təmas xəttində yerləşən kəndlərdə yaşayan əhalinin yol problemi həll edilməklə onların həyat şəraiti daha da yaxşılaşacaqdır. 

Hörmətli cənab Prezident! Biz daim Sizinləyik, Sizin siyasətinizi bəyənir və dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı çıxışınızı izləyərkən bir daha Sizinlə qürur duyduq. İnanırıq ki, çəkilən bu yollar tezliklə bizi doğma Qarabağımıza aparacaqdır. Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirik. Allah bu yolda Sizə yar olsun!

Dərin hörmətlə,

Nəbiyev Tural.

Azərbaycan Respublikası, Füzuli rayonu.