01 iyul 2014, 19:00

Növrəstə Kərimovadan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident! 

Müasir Azərbaycan dünyanın dinamik, hərtərəfli inkişaf edən tərəqqipərvər, sülhpərvər, tolerant bir ölkəsidir. Gündən-günə artan iqtisadi güc, hərbi qüdrət respublikamızı həm regionun, həm də dünyanın aparıcı dövlətləri səviyyəsinə yüksəltmişdir.

Sizin əsl liderlərə xas əzmkarlığınız, uzaqgörənliyiniz, müdrikliyiniz sayəsində paytaxtımız Bakı dünyanın ən gözəl, əzəmətli, müasir şəhərlərindən birinə çevrilmişdir. Respublikamızın bütün regionlarında, o cümlədən Ağstafa rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərinin miqyası biz ağstafalıları, ziyalıları, mədəniyyət işçilərini sevindirir. 

Möhtərəm Prezident! Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2014-cü il 30 iyun tarixli Sərəncamınız bütün ziyalıların, o cümlədən Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsinin çoxsaylı kollektivinin hədsiz sevincinə səbəb olmuşdur. 1940-cı ildə inşa edilmiş binada fəaliyyət göstərən Uşaq Musiqi Məktəbi üçün yeni, müasir məktəb binasının tikintisi, 1950-ci illərdə inşa edilmiş Ağstafa rayon Mədəniyyət Evində əsaslı təmir işlərinin aparılması rayonumuzun timsalında bütünlüklə regionlarda mədəniyyətin, incəsənətin inkişafına göstərdiyiniz qayğının parlaq təzahürüdür. 

Hörmətli cənab Prezident! Ağstafa ziyalıları, mədəniyyətsevərləri adından Sizə dərin təşəkkürümüzü bildirir, cansağlığı, doğma Azərbaycanımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq. 

Hörmətlə,

Kərimova Növrəstə Kərim qızı, mədəniyyət işçisi.
Azərbaycan Respublikası, Ağstafa rayonu.