Fazil Məhəmmədov və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Pirallahı rayonunda tikinti, quruculuq işləri geniş vüsət almışdır. Rayonun Pirallahı qəsəbəsində asfalt döşəmə işləri görülür, nümunəvi məhəllələr salınır. Artıq 168, 186, 243 nömrəli tam orta məktəblər müasir tələblər səviyyəsində əsaslı şəkildə təmir edilmişdir. Çörək zavodu, üç böyük qazanxana tikilmiş, iki uşaq bağçasının tikintisinə başlanmış, yeni ticarət mərkəzində işlər yekunlaşmaq üzrədir. Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası üçün yeni inzibati binalar tikilir. Qəsəbədə küçə işıqları bərpa olunmuş, yüzlərlə ağac və gül kolları əkilmişdir. Bir sözlə, görülən işləri saymaqla bitmir.
Möhtərəm cənab Prezident! 2014-cü il iyun ayının 23-də yay aylarında içməli su qıtlığından əziyyət çəkən Gürgən, Pirallahı qəsəbələrinə Qəbələ və Ceyranbatan suyu verilmişdir. Bu, rayonumuzun əhalisi üçün əsl bayrama çevrilmişdir.
Möhtərəm cənab Prezident! Respublikamızın bölgələrinə, eləcə də bizim rayonumuza göstərdiyiniz diqqət və qayğı Sizin Azərbaycan xalqına göstərdiyiniz əvəzsiz xidmətinizin bariz nümunəsidir. Bütün Azərbaycan xalqı Sizi sevir. Sizin daxili və xarici siyasətiniz artıq tarixə çevrilmişdir. Siz respublikamızda İlahi harmoniya və qlobal tarazlıq yaratmaqla xalqımızın dərin məhəbbətini qazanmışsınız.
Pirallahı qəsəbəsinin sakinləri və ağsaqqalları adından dərin hörmət və ehtiramla,
Məhəmmədov Fazil Camo oğlu
Əhmədov Oktay Mustafa
Rüstəmov Həsən Cəbrayıl oğlu və başqaları (cəmi: 8 imza).
Azərbaycan Respublikası, Bakı şəhəri.