26 iyun 2014, 12:15
Pərvanə Səfərovadan, Abşeron rayonu, Azərbaycan
Hörmətli cənab Prezident!
17 İyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə mənə göstərdiyiniz böyük diqqətə - “Əməkdar Həkim” adı ilə təltif edilməyimə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizin etimadınızı doğrultmaq üçün bundan sonra daha da səylə çalışacağıma söz verirəm.
Sizə - ulu öndər Heydər Əliyevin layiqli davamçısına ölkəmizin dinamik inkişafı yolunda uğurlar və cansağlığı arzulayıram.
Dərin ehtiramla,
Səfərova Pərvanə Əli qızı
7 nömrəli internat evinin direktoru
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.