26 iyun 2014, 12:00

Sadiqə Rufullayevadan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün Azərbaycan səhiyyəsi Sizin diqqət və qayğınız sayəsində yeni inkişaf mərhələsini yaşayır, maddi-texniki baza möhkəmlənir, bu sahədə çalışan insanlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Hazırda Sizin təsdiq etdiyiniz Dövlət Proqramı çərçivəsində onlarla Azərbaycan gənci dünyanın qabaqcıl universitetlərində yüksək səviyyəli tibb təhsili alır.

Hər il ənənəvi olaraq 17 İyun – Tibb işçilərinin peşə bayramı ərəfəsində ən ucqar rayonlarda belə çalışan səhiyyə işçilərini yüksək mükafatlar ilə təltif etməyiniz Sizi hər birimizin sevimlisinə çevirmişdir.

Möhtərəm Prezident, bu günlərdə çoxillik əmək fəaliyyətimi qiymətləndirərək məni “Əməkdar Həkim” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Lerik rayonunun bütün tibb işçilərinə göstərdiyiniz qayğı və diqqətin bir nümunəsidir.

Sizə bütün tibb işçiləri adından bir daha dərin təşəkkürümüzü bildirir, Qadir Allahdan uzun ömür və cansağlığı arzulayırıq.

Dərin hörmətlə,

Rufullayeva Sadiqə Qiyas qızı, Əməkdar Həkim

Azərbaycan Respublikası, Lerik şəhəri.