25 iyun 2014, 12:30

Qeyrət Qaraşov və başqalarından, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin müvafiq Sərəncamınıza uyğun olaraq Yardımlı-Hamarkənd-Abasabad yolunun inşası uğurla davam etdirilir. Belə ki, yola çınqıl döşənməsi, hündürlüklərin dağıdılması və sair bu kimi işlər başa çatmış, yolun asfaltlanması işlərinə başlanmışdır. Hazırda yolun Abasabad, Hamarkənd və Zenqaran kəndlərindən keçən hissələrinin asfaltlaşdırılması başa çatdırılmış, Anzov kəndində isə bu işlər davam etdirilir.

Hörmətli cənab Prezident! Bizim yaşadığımız Abasabad kəndinə də rahat və geniş yol çəkilmişdir. Kəndimizdə görülən abadlıq işinə görə Abasabad sakinləri adından Sizə təşəkkürümüzü bildiririk. Bu rahat yolu bizə Siz bəxş etmisiniz. Bu məktub vasitəsilə bizə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah Sizə yar olsun!

Abasabad kəndinin sakinləri adından dərin hörmətlə,

Qaraşov Q.M
Həsənov H.H
Hidiyev A.A və başqaları.

Azərbaycan Respublikası, Yardımlı rayonu.