21 iyun 2014, 14:00

Zaman Tağıyevdən, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident! 

Bu gün respublikanın hər yerində olduğu kimi Gədəbəy rayonunda da geniş tikinti-quruculuq işləri aparılır. Yeni yollar, körpülər tikilir. Sizin uğurlu siyasətiniz sayəsində dövlətimiz daim vətəndaşlara qayğı göstərir, onların qarşılaşdıqları problemləri dərhal aradan qaldırır. Rayonumuzda baş vermiş sürüşmə nəticəsində mənim evim yararsız vəziyyətə düşmüşdü. Tez bir zamanda dövlətimiz tərəfindən mənə böyük kömək göstərildi, başqa ərazidə mənim üçün yeni mənzil tikildi. 

Hörmətli cənab Prezident! Siz dövlət başçısı seçilərkən demişdiniz ki, hər bir azərbaycanlının Prezidenti olacaqsınız. Deyilən bu sözləri Siz öz əməllərinizlə sübut edirsiniz. Allah Sizi və Azərbaycan xalqını qorusun!

Hörmətlə,

Tağıyev Zaman.

Azərbaycan Respublikası, Gədəbəy rayonu.