Eyyub Quliyev və başqalarından, Goranboy, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin tapşırığınıza əsasən nazirlik və komitə rəhbərlərinin regionlarda keçirdiyi görüşlər əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Bu görüşlərdə vətəndaşlar şəxsi problemləri ilə yanaşı, yaşadıqları şəhər, kənd və qəsəbəyə aid ümumi məsələləri də qaldırır və həmin problemlər tez bir zamanda öz həllini tapır. Belə görüşlərin birində Goranboy rayonunun Sarov kəndinin bir qrup sakini Dəliməmmədli-Sarov avtomobil yolunun asfaltlanmasına köməklik göstərilməsini xahiş etmişdir. 3 kilometr uzunluğunda olan bu yol qısa müddətdə yüksək keyfiyyətlə yenidən qurularaq sakinlərin istifadəsinə verildi.
Möhtərəm cənab Prezident! Bu diqqət və qayğıya görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı və ehtiramımızı çatdırırıq.
Hörmətlə,
Quliyev Eyyub Həmid oğlu
Əliyeva Səhnə Abdulla qızı
Əliyev Saləddin Musa oğlu və başqaları.
Azərbaycan Respublikası, Goranboy rayonu, Sarov kəndi.