19 iyun 2014, 16:20

Samir Verdiyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Biz Şeyx Nizaminin yurdunda yaşamağımızla fəxr edirik. Bu şəhər qədim, tarixi abidələri, yaraşıqlı görkəmi ilə bərabər, həm də gözəl ab-havası ilə seçilir. Son vaxtlar Gəncədə daha möhtəşəm, daha geniş abadlıq-quruculuq işləri aparılmışdır.

Hörmətli cənab Prezident! İyun ayının 11-də baş verən qasırğa nəticəsində evləri, həyətləri su basmış, işığın, qazın verilməsində fasilələr yaranmış, evlərin dam örtüklərinə ciddi ziyan dəymişdir. Amma dəymiş ziyan Sizin göstərişinizlə müvafiq qurumlar tərəfindən qısa müddətdə yerindəcə araşdırılmış və qasırğanın fəsadları aradan qaldırılmışdır.

Möhtərəm Prezident! Bizə göstərdiyiniz bu qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Prezidentimizin qayğısını, diqqətini bir daha üzərimizdə hiss etdik. Uzaqgörən və humanist liderə malik etibarlı bir ölkədə yaşadığımız üçün qürur duyuruq.

Dərin hörmətlə,

Verdiyev Samir Şahin oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.