19 iyun 2014, 15:30

Sadiqə Rufullayevadan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün Azərbaycan səhiyyəsi Sizin sayənizdə özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmizdə səhiyyənin maddi-texniki bazası möhkəmləndirilir, bu sahədə çalışan insanlar hərtərəfli qayğı ilə əhatə olunurlar. Hazırda Dövlət Proqramı çərçivəsində dövlət vəsaiti hesabına yüzlərlə Azərbaycan gənci dünyanın qabaqcıl universitetlərində yüksək səviyyəli tibb təhsili almaqdadır.

Hər il ənənəvi olaraq 17 iyun - Tibb işçilərinin peşə bayramı ərəfəsində ucqar rayonlarda çalışan tibb işçilərini yüksək dövlət mükafatları ilə təltif etməyiniz Sizi hər birimizin sevimlisinə çevirmişdir.

Möhtərəm Prezident! Bu günlərdə çoxillik əmək fəaliyyətimi yüksək qiymətləndirərək mənə “Əməkdar Həkim” fəxri adı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Sizin Lerik rayonunun bütün tibb işçilərinə göstərdiyiniz qayğı və diqqətin bariz nümunəsidir.

Sizə bütün tibb işçiləri adından bir daha dərin təşəkkürümüzü bildirir və Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Dərin hörmətlə,

Rufullayeva Sadiqə Qiyas qızı, Əməkdar həkim.
Azərbaycan Respublikası, Lerik rayonu.