13 iyun 2014, 17:00
Xəyal Qasımovdan, Samux, Azərbaycan
Hörmətli cənab Prezident!
Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi məqsədilə vəsait ayrılması haqqında 2014-cü il 9 iyun tarixli Sərəncamınıza görə Lək və Əlibayramlı kəndinin sakinləri Sizə dərin minnətdarlıqlarını bildirirlər. İyirmi üç min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi bizim üçün çox böyük töhfədir.
Möhtərəm Prezident, yol çəkmək dünyada ən savab işlərdən biridir. Arzu edirik ki, Ulu Tanrı yolunuzu həmişə açıq etsin.
Lək və Əlibayramlı kəndlərinin sakinləri adından hörmətlə,
Qasımov Xəyal Muxtar oğlu.
Azərbaycan Respublikası, Samux rayonu.