Sabir Əhmədovdan, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Respublikamızın hər yerində olduğu kimi Salyanda da aparılan tikinti-quruculuq və abadlıq işləri rayonumuzun sakinləri tərəfindən yüksək qiymətləndirilir. Bundan qürur və iftixar hissi duyuruq. Sizin rayonumuza son səfərinizdən sonra Kür çayı üzərində körpünün tikintisi və Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması üçün vəsaitin ayrılması barədə Sərəncamınız rayon ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanmışdır.
“Məni salyanlılara çox səmimi və duyğulu tellər birləşdirir” deyən ulu öndər Heydər Əliyevin rayonumuza olan məhəbbətini biz bu gün Sizin simanızda görürük. Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamınız da bunun bariz nümunəsidir.
Hörmətli cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə sakinlər adından minnətdarlığımızı bildirir, cansağlığı və ölkəmizin firavan gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Əhmədov Sabir Ağakişi oğlu, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü.
Azərbaycan Respublikası, Salyan rayonu, Seyidan kəndi.