12 iyun 2014, 11:00
Kubra Əliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
İncəsənət sahəsindəki kiçik xidmətlərimi yüksək qiymətləndirərək məni “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif etdiyinizə görə Sizə təşəkkür edir və bildirmək istəyirəm ki, bu vaxta qədər olduğu kimi bundan sonra da Sizin daxili və xarici siyasətinizi dəstəkləyəcək və yürütdüyünüz uğurlu mədəniyyət siyasətinə xidmət edəcəyəm.
Çox hörmətli Prezident, dərin minnətdarlıq hisslərimi qəbul etməyinizi Sizdən xahiş edirəm. Sizin fəaliyyətinizi hər zaman ürəkdən dəstəkləyirəm.
Hörmətlə,
Əliyeva Kubra, Sənətşünaslıq doktoru, professor,
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun
elmi işlər üzrə direktor müavini.
Azərbaycan Respublikası, Bakı şəhəri.