04 iyun 2014, 12:30
Samir Cəfərovdan, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin mayın 28-də Neftçala rayonuna tarixi səfəriniz biz təhsil işçilərini hədsiz sevindirdi. Neftçalada Heydər Əliyev Mərkəzinin açılışı zamanı proqram xarakterli çıxışınız ölkəmizin, o cümlədən rayonumuzun gələcək inkişafı ilə bağlı nikbin proqnozlarınız qəlbimizi riqqətə gətirdi. Rayonumuza tarixi səfərinizdən az sonra onun inkişafı ilə bağlı imzaladığınız sərəncamlar Sizin respublikamızın bölgələrinə göstərdiyiniz qayğının əyani təzahürüdür. Neftçala rayon təhsil ictimaiyyətinin nümayəndələri adından Sizə ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Cəfərov Samir.
Azərbaycan Respublikası, Neftçala rayonu.