Nuviddin Cigərovdan, Qusar, Azərbaycan
Möhtərəm cənab Prezident!
Siz xalqımızın zəngin mənəvi sərvətlərinin qorunmasına və inkişafına, respublikamızın hər bir bölgəsində yaradıcılıq kollektivlərinin fəaliyyəti üçün lazımi şəraitin yaradılmasına xüsusi diqqət yetirir, bu sahədə çalışan insanların əməyini yüksək qiymətləndirirsiniz. Qeyd etmək istəyirəm ki, 2014-cü il 30 may tarixli Sərəncamınızla məni “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görməyiniz təkcə mənim deyil, Qusar rayonunun bütün mədəniyyət işçilərinin böyük sevincinə səbəb olmuşdur. Göstərdiyiniz diqqət və qayğı bizi daha səylə işləməyə, milli mədəniyyətimizin təbliği istiqamətində var qüvvəmizi səfərbər etməyə ruhlandırır. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir, cansağlığı və uzun ömür arzulayırıq.
Hörmətlə,
Cigərov Nuviddin Feyzi oğlu, Qusar Rayon Mədəniyyət Evinin
“Şahnabat” xalq kollektivinin bədii rəhbəri.
Azərbaycan Respublikası, Qusar rayonu.