27 may 2014, 16:25

Nizami Daşdəmirov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident!

Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyiniz diqqət yalnız onların özləri və ailələri deyil, bütün xalqımız tərəfindən rəğbətlə qarşılanır. Bu diqqət sayəsində onların mənzil şəraiti yaxşılaşdırılır, həyat səviyyəsi yüksəlir, sosial problemləri həll edilir. Biz Mingəçevir şəhərindən olan bir qrup Qarabağ müharibəsi əlili və veteranı göstərdiyiniz bu qayğıya görə Sizə öz minnətdarlığımızı bildiririk.

Cənab Ali Baş Komandan! Biz torpaqlarımızın azad edilməsi uğrunda apardığınız müdrik siyasəti, gördüyünüz misilsiz işləri qətiyyətlə dəstəkləyir və Sizin bütün əmr və tapşırıqlarınızı yerinə yetirməyə hazır olduğumuzu bildiririk.

Hörmətlə,

Daşdəmirov Nizami Seyidəli oğlu
Səmədov Qənimət Musa oğlu
Həmidov İlham Oqtay oğlu
Məmmədov Ceyhun Ələm oğlu və başqaları.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.