Mübariz Həmidovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin müvafiq Sərəncamınızla yüksək səhnə nailiyyətləri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Mükafatına layiq görülmüş sənətçilər sırasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının da bir qrup əməkdaşı vardır. Bu diqqət kollektivimizdə böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
Möhtərəm cənab Prezident! Gənc nəslin tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığını bildirir və Sizi əmin edirik ki, teatr sənətinin inkişaf etdirilməsi ilə bağlı təsdiq etdiyiniz “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq üzərimizə düşən vəzifələrin uğurla həyata keçirilməsini davam etdirəcəyik. Müstəqil Azərbaycanımızın daha da inkişaf etməsi naminə gördüyünüz misilsiz işlərinizdə Sizə uğurlar, möhkəm cansağlığı və xalqımızla birgə tezliklə qələbə sevinci yaşamağınızı arzu edirik.
Dərin hörmətlə,
Həmidov Mübariz, Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.