28 aprel 2014, 12:15
Ünal Ərdoğandan, Amasya, Türkiyə
Hörmətli cənab Prezident İlham Əliyev!
Sizə Türkiyə vətəndaşı olaraq Türkiyə Dövlətinin haqq işini beynəlxalq səviyyədə müdafiə etdiyiniz üçün təşəkkürümü bildirirəm. Sizin Praqa Sammitində erməni prezidentə tutarlı cavabınız bizi çox sevindirdi. Siz bu qürurverici cavabınızla ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını bir daha təsdiqlədiniz. Bu qeyrətinizə, cəsarətinizə görə Sizə bir daha minnətdarlıq edirik. Çox sağ olun!
Hörmətlə,
Ərdoğan Ünal Şükrü, maliyyə müşaviri.
Türkiyə Respublikası, Amasya şəhəri.