28 aprel 2014, 12:00

Enes Kuldan, Ankara, Türkiyə

Möhtərəm cənab Prezident!

Əvvəlcə Türkiyədən hər kəsin salamlarını Sizə çatdırmaq istəyirəm. Sevimli qardaşlarım, ölkə başçısı cənab İlham Əliyevin son günlərdə Türkiyə üçün verdiyi açıqlama həqiqətən bizləri çox təsirləndirdi. Oxuyarkən gözlərim doldu və bu təşəkkür məktubunu yazmağı özümə borc bildim. Cənab İlham Əliyev əsl qardaş olduğumuzu bizlərə bir daha xatırlatdı. Ölkələrimizin adları fərqli olsa da, qanımız, ruhumuz, mədəniyyətimiz və kökümüz birdir. Bu səbəbdən də kürək-kürəyə versək dünyada heç bir ölkə asanlıqla biləyimizi bükə bilməz.

Cənab İlham Əliyevə bir daha minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Kul Enes Bekir.
Türkiyə Respublikası, Ankara şəhəri .