28 aprel 2014, 12:45

Emin Şahzadədən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün bütün dünya Sizin Praqa Sammitində çox möhtəşəm çıxışınızdan danışır.

Möhtərəm Prezident! Ulu öndərimiz Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığı haqqında belə demişdir: “Biz bir millət, iki dövlətik”. Siz Praqa Sammitində çıxışınızla işğalçı Ermənistan prezidentinə sarsıdıcı zərbə vuraraq Ulu Öndərin ideyalarına sadiqliyinizi bir daha nümayiş etdirdiniz. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Sizi dəstəkləyir və daim Sizinlə olduğumuzu bəyan edirik.

Dərin Hörmətlə,

Şahzadə Emin Şahgəldi oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu.