28 aprel 2014, 12:30

Taryel Abbasovdan, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident!

Praqada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunan Sammitdə Ermənistan prezidenti Serj Sarkisyana verdiyiniz kəskin və sərt cavabdan çox məmnun oldum. Sarkisyan Türkiyə əleyhinə çıxışı zamanı ermənilərin soyqırımına məruz qalmasını və Ermənistan-Türkiyə sərhədlərini bağlanmasını deyərkən, Siz ona “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” deməyiniz böyük cəsarət və hünərdir. Soyqırımı Türkiyə yox, Ermənistan Xocalıda azərbaycanlılara qarşı törətmişdir.

Hörmətli cənab Prezident! Sizin beynəlxalq arenada müstəqil fikir və mövqe nümayiş etdirməyinizi ürəkdən alqışlayıram. Sizi bu hünərinizə və cəsarətinizə görə qucaqlayıb öpürəm. Əhsən Sizə - azad və müstəqil ölkəmizin müstəqil Prezidentinə!

Hörmətlə,

Abbasov Taryel, “Tərəqqi” medallı müəllim, Rayon Ağsaqqallar Şurasının sədr müavini, müharibə veteranı.
Azərbaycan Respublikası, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi.