Feruz Abbasovdan, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin Azərbaycan xalqının firavanlığı üçün gördüyünüz tədbirlər göz qabağındadır və hər kəsə məlumdur. Siz Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiya edilməsində yüksək qətiyyət nümayiş etdirdiniz. Bu günlərdə Praqa Sammitində mənfur erməni prezidentinə sərt cavab verməklə böyük türk qardaşlığına sadiqliyinizi bir daha sübut etdiniz. Siz öz müdrikliyiniz və qətiyyətinizlə ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının həqiqət olduğunu bir daha bütün dünyaya sübut etdiniz.
Möhtərəm Prezident! Sizin Praqa Sammitində Ermənistan prezidentinə verdiyiniz tutarlı cavab Türkiyədəki qardaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Nümayiş etdirdiyiniz bu qətiyyətə, Türkiyə-Azərbaycan qardaşlığını zirvələrə qaldırdığınıza görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Abbasov Feruz Araz oğlu.
Azərbaycan Respublikası, Tərtər rayonu.