26 aprel 2014, 16:00
Volkan Arslandan, Bakı, Azərbaycan
Hörmətli Prezidentim cənab İlham Əliyev!
Mən Bakıda işləyən Türkiyə vətəndaşıyam. Mən Türkiyəni də, Azərbaycanı da eyni dərəcədə sevirəm. Oranı da, buranı da vətənim hesab edirəm. Sizin uzaq Praqada Türkiyəni çox cəsarətlə müdafiə etməyiniz məni qəlbən sevindirdi. Bu cəsarətli çıxışınızdan çox duyğulandım. Siz türk dünyasının böyük öndəri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının həqiqət olduğunu bir daha sübut etdiniz. Allah Sizi bu dövlətin və millətin başından əskik etməsin!
Dərin hörmət və ehtiramla,
Arslan Volkan Tevfik, mühəndis.
Azərbaycan Respublikası, Bakı şəhəri.